16 
İyn
2021
17:08
39
144
2200
Virtual karabakh

Azərbaycan ağırlıqqaldıranı Olimpiadada ikinci dəfə olmayacaq

16 İyn, 2021
17:08
2200

Azərbaycan ağırlıqqaldıranı Olimpiadada ikinci dəfə olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ağırlıqqaldırma idman növündə ardıcıl ikinci dəfə Olimpiadada təmsil olunmayacağı dəqiqləşib.

Oxu.Az-ın xəbərinə görə, buna səbəb dünya və dördqat Avropa çempionu, Azərbaycanı təmsil edən bolqar əsilli Boyanka Kostovanın qanında qadağan olunmuş dopinq maddəsi - stanozololun tapılmasıdır.

O, apreldə Moskvada dördüncü dəfə Avropa çempionu olmaqla Tokio Olimpiya Oyunlarına lisenziya qazansa da, ötən ay onun dopinq testi müsbət nəticələnmişdi. Onun dopinqdən istifadə etməməsini sübut etməsi üçün B test nümunəsinin açılması lazım idi.

Lakin əldə etdiyimiz məlumata görə, Bolqarıstanda dopinqdən istifadə etmiş Azərbaycan təmsilçisi əlavə xərc çəkib B test nümunəsi açdırmayacaq. Qeyd edək ki, B test nümunəsini açdırmaq üçün təxminən 2-3 min dollar ödəmək lazımdır.

Reytinqlə digər ağırlıqqaldıranlarımız Olimpiadada iştirak etmək üçün yetərli lisenziya xalları qazanmayıb deyə, bu o demək olur ki, Tokio Olimpiadasında Azərbaycan təmsilçisi yenə olmayacaq.

Qeyd edək ki, 2016-cı ildəki Rio Olimpiadasında da Azərbaycan dopinq qalmaqalına görə yarışdan məhrum edilib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri