16 
İyn
2021
17:32
190
25
3236
Virtual karabakh

Qurban Qurbanov: “Bu ölkənin çempionatının səviyyəsi hər kəsə bəllidir”

16 İyn, 2021
17:32
3236

Qurban Qurbanov: “Bu ölkənin çempionatının səviyyəsi hər kəsə bəllidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Aşdod” klubu ilə qarşılaşacaq.

Oxu.Az xəbər verir ki, Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov püşkü dəyərləndirib:

“UEFA Konfrans Liqası yeni turnirdir. İlk dəfə təşkil olunan turnirə tam məsuliyyətlə yanaşmalıyıq. Bizim üçün bu turnir ilk təcrübədir. Daha əvvəl İsrail təmsilçiləri ilə qarşılaşmışıq. Məncə, bu ölkənin çempionatının səviyyəsi hər kəsə bəllidir. Çox güclü klubları var. Təsadüfi deyil ki, mövsümü üçüncü pillədə başa vurublar. Amma “Aşdod” bizə tanış deyil və daha əvvəl qarşılaşmamışıq. Bu gündən etibarən rəqibi daha yaxından tanımağa, güclü və zəif tərəflərini araşdırmağa başlayacağıq. Rəqibi yaxından izlədikdən və araşdırdıqdan sonra ətraflı danışmaq olar. Bu turnirdə də azarkeşlərimizi sevindirmək istəyirik”.

Qeyd edək ki, “Qarabağ” bu rəqibi ilə iyulun 22-də Bakıda və iyulun 29-da Aşdod şəhərində qarşılaşacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri