16 
İyn
2021
19:00
138
448
7968
Virtual karabakh

AVRO-2020: Rusiya yığması qələbə qazandı - YENİLƏNİB + VİDEO

16 İyn, 2021
19:00
7968

AVRO-2020: Rusiya yığması qələbə qazandı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya yığması minimal hesabla Finlandiya millisinə qalib gəldi - 1:0

Matçda yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Aleksey Mirançuk vurub.

Bu qələbədən sonra xallarını 3-ə çatdıran Rusiya yığması qrupda 2-ci pilləyə yüksəlib. Eyni xala malik Finlandiya yığması isə 3-cüdür.

Qeyd edək ki, bu qrupun Danimarka - Belçika matçı sabah oynanılacaq.

18:13

Oyunda hazırda ikinci hissə gedir. Hazırda meydan sahibi Rusiya 1:0 qalib gəlir. 

17:48

Rusiya millisi Aleksey Mirançukun 45+2-ci dəqiqədə vurduğu qolla hesabı açdı. Bu, Rusiya millisinin AVRO-2020-də ilk qoludur.

17:01

AVRO-2020-nin Finlandiya və Rusiya arasında keçirilən görüşü başlayıb.

Oxu.Az xəbər verir ki, artıq matçın 4-cü dəqiqəsində finlər qol vursa da, bu, oyundankənar vəziyyətə görə hesaba alınmayıb.

Sankt-Peterburqda keçirilən oyunda komandalar meydana bu taktiki düzülüş və heyətlə çıxıb.

Finlandiya (3-2-3-2): Hradetski, Toyvio, Arayuuri (kapitan), OŞonesi, Şüler, Kamara, Raytala, Lod, Uronen, Pukki, Pohyanpalo

Rusiya (4-3-3): Safonov, Kuzyayev, Cikiya, Diveyev, Mario Fernandes, Ozdoyev, Barinov, Zobnin, Qolovin, Dzyuba (kapitan), Aleksey Mirançuk.

Qeyd edək ki, ilk turdan sonra debütant Finlandiyanın üç xalı var, Rusiya isə xalsızdır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri