17 
İyn
2021
00:40
155
22
3039
Virtual karabakh

Polşa klubu millimizin futbolçusunun təqdimatını etdi - VİDEO

17 İyn, 2021
00:40
3039

Polşa klubu millimizin futbolçusunun təqdimatını etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin daha bir futbolçusu Polşada çıxış edəcək.

Oxu.Az xəbər verir ki, millimizin cinah müdafiəçisi, Ukrayna əsilli Anton Krivotsyuk Polşanın “Visva” (Plotsk) komandasına keçib.

22 yaşlı müdafiəçi Plotsk təmsilçisi ilə iki illik müqavilə bağlayıb. Onun müqaviləsinin müddəti 2023-cü ilin iyunun 30-dəkdir. Yeniyetmə yaşlarından “Neftçi”də çıxış edən və bu klub ilə ötən mövsüm Azərbaycan çempionu olmuş Anton Krivotsyuk yeni komandasında 5 nömrəli forma ilə çıxış edəcək. Əvvəl bu formanı komandanın kapitanı Bartvomey Selevski geyinirdi.

Onu da bildirək ki, ötən mövsümü 12-ci yerdə başa vurmuş “Visva” komandasında “Qarabağ”ın sabiq mərkəz müdafiəçisi Yakub Jezniçak da çıxış edir. O, “Qarabağ”dan ayrıldıqdan sonra 2019-cu ildə bu kluba keçib.

Qeyd edək ki, daha əvvəl yığmamızın hücumçusu Mahir Emreli Polşanın “Leqiya” komandasına transfer olmuşdu.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri