16 
İyn
2021
21:56
332
512
12274
Virtual karabakh

AVRO-2020: Türkiyə Bakıdakı ilk oyunda məğlub oldu - YENİLƏNİB + FOTO/VİDEO

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununu bitib. 

Bakı Olimpiya Stadionunda (BOS) keçirilən qarşılaşma Britaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yükunlaşıb.

Görüşdə ilk qol birinci hissənin sonlarında vurulub. 42-ci dəqiqədə Aaron Remsi qapıçı Uğurcan Çakırla təkbətək dueldən qalib ayrılıb. 90+5-ci dəqiqədə isə C. Roberts fərqi iki topa çatdırıb.

BOS-dakı ilk matçda İsveçrə ilə 1:1 hesablı heç-heçə edən Uels yığması qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb. Romadakı açılış qarşılaşmasında İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyənin isə xalı yoxdur.

Qeyd edək ki, Türkiyə yığması iyunun 20-də Bakıda İsveçrə ilə qarşılaşacaq.

21:04

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ikinci hissə başlayıb.

20:50

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ilk hissə başa çatıb.

20:44

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ilk qol vurulub.

42-ci dəqiqədə Uels yığmasının futbolçusu Remsi hesabı açıb - 1:0. 

20:05

Futbol üzrə Avropa çempionatında A qrupunun II turunun Türkiyə - Uels oyunu başlayıb.

18:47

AVRO-2020-nin A qrupunun II turunda üz-üzə gələcək Türkiyə və Uels yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar...

Türkiyə: Uğurcan Çakır (GK), Zeki Çelik, Çağlar Söyüncü, Okay Yokuşlu, Ozan Tufan, Cengiz Ünder, Kenan Karaman, Hakan Çalhanoğlu, Umut Meraş, Burak Yılmaz (C) , Kaan Ayhan

Uels: Ward (GK) . Davies, Rodon , Allen , Ramsey, Bale (C), Moore, Roberts, Morrell, James, Mepham

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri