17 
İyn
2021
00:52
266
21
7337
Virtual karabakh

AVRO-2020: İtaliya İsveçrəyə qalib gəlib 1/8 finala çıxdı - YENİLƏNİB + VİDEO

Çiro İmmobile 88-ci dəqiqədə İtaliyanın üçüncü qolunu vurdu. Bu onun AVRO-2020-də ikinci qolu olub. Bununla da İtaliya millisi İsveçrəyə 3:0 hesabı ilə qalib gəlib və altı xalla vaxtından əvvəl 1/8 finala vəsiqəni təmin edib.

00:13

“Milan”ın sabiq yarımmüfiəçisi Manuel Lokatelli dublunu rəsmiləşdirdi. O, bu dəfə 26-cı dəqiqədə fərqləndi.

00:06

Oyunda ikinci hissə gedir. İtaliya 1:0 qalib gəlir

23:27

A qrupunun Romada keçirilən Italiya – İsveçrə oyununda hesab açıldı.

Oxu.Az xəbər verir ki, Domeniko Berardinin məhsuldar ötürməsindən sonra Manuel Lokatelli 26-cı dəqiqədə hesabı açdı.

Roma Olimpiya Stadionunda keçirilən görüş üçün komandalar meydana bu taktiki düzülüş və heyətlə çıxıb.

İtaliya (4-3-3): Canluici Donnarumma, Di Lorentso, Bonuççi, Kyellini (kapitan), Spinatsola, Barella, Jorjinyo, Lokatelli, Berardi, İmmobile, İnsinye

İsveçrə (3-2-3-2): Zomer, Akanji, Şer, Elvedi, Caka (kapitan), Froyler, Rodriqes, Şakiri, Mbabu, Embolo, Seferoviç 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri