17 
İyn
2021
13:24
93
16
3268
Virtual karabakh

AVRO-2020-nin ən sürətli futbolçularının adları məlum oldu

17 İyn, 2021
13:24
3268

AVRO-2020-nin ən sürətli futbolçularının adları məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) 2020-ci il Avropa çempionatının ən sürətli beş futbolçusunun adını açıqlayıb.

Məlumat UEFA-nın rəsmi “Twitter” səhifəsində dərc edilib.

Belə ki, siyahıya saatda 33,8 kilometr sürətlə qaçan 28 yaşlı italiyalı futbolçu Leonardo Spinassola başçılıq edir.

İkinci sırada saatda 33,5 kilometr sürətlə Uelsin yarımmüdafiəçisi Daniel Ceyms qərarlaşıb.

Üçlüyü ingiltərəli hücumçu Rahim Sterlinq qapadır. Yamayka əsilli futbolçu saatda 33,1 kilometr sürətlə qaçır.

Siyahıda dördüncü sırada saatda 32,8 kilometr sürətlə İsveçrə yığmasının futbolçusu Bril Embolo qərarlaşıb.

İtaliya millisinin futbolçu Covanni Di Lorentso saatda 32,6 kilometr qaçmaqla beşinci yerdə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri