17 
İyn
2021
18:56
368
19
8345
Virtual karabakh

AVRO-2020: İki penaltinin vurulmadığı matçda Ukrayna ilk qələbəsini qazandı - YENİLƏNİB + VİDEO

17 İyn, 2021
18:56
8345

AVRO-2020: İki penaltinin vurulmadığı matçda Ukrayna ilk qələbəsini qazandı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna – Şimali Makedoniya oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da Ukrayna ilk qələbəsini qazanıb. Debütant Şimali Makedoniyanın sonuncu turda Niderlandla oynayacağını nəzərə alsaq, artıq onların AVRO-2020-də pley-offda olmayacağını söyləmək olar.

18:43

Matçda daha bir penalti vurulub. Bu dəfə də qapıçı uğurlu çıxış edib. Belə ki, Ruslan Malinovskinin 83-cü dəqiqədə vurduğu zərbəni Şimali Makedoniyanın qapıçısı Stole Dimitrievski zərərsizləşdirib. Hələ ki, Ukrayna 2:1 qalib gəlir.

18:15

Şimali Makedoniya 56-cı dəqiqədə “Lids”in müdafiəçisi Ezqan Alioski ilə penaltini qola çevirə bilmədi. Lakin qapıçıdan qayıdan topu Alioski özü də qola çevirdi.

17:48

Komandalar fasiləyə Ukraynanın 2:0 üstünlüyü ilə yollandı.

17:36

Ukrayna millisi hesabı 2:0 etdi. 34-cü dəqiqədə Roman Yaremçuk hesab arasındakı fərqi artırdı. Bu, Yaremçukun da çempionatda ikinci qoludur.

17:31

Ukrayna Andrey Yarmolenkonun 29-cu dəqiqədə vurduğu qolla hesabı açdı. Bu, Yarmolenkonun AVRo-2020-də vurduğu ikinci qoldur.

17:01

Bu gün C qrupunda II tura start verilir.

Oxu.Az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə Ukrayna və debütant Şimali Makedoniya qarşılaşır. Hər iki komanda ilk görüşdə uduzub.

Komandalar meydana bu taktiki düzülüş və heyətlə çıxıb.

Ukrayna (4-5-1): Buşçan, Karavayev, Zabarnı, Matviyenko, Nikolenko, Yarmolenko (kapitan), Şarapenko, Stepanenko, Zinçenko, Malinovski, Yaremçuk

Şimali Makedoniya (3-4-1-2): Dimitrievski, S. Ristovski, D. Velkovski, Musliu, Nikolov, Ademi, Spirovski, Alioski, Bardi, Pandev (kapitan), Elmas

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri