17 
İyn
2021
22:01
196
25
19966
Virtual karabakh

AVRO-2020: Danimarka üzərindəki əzmkar qələbə Belçikanı 1/8 finala çıxardı - YENİLƏNİB+VİDEO

17 İyn, 2021
22:01
19966

AVRO-2020: Danimarka üzərindəki əzmkar qələbə Belçikanı 1/8 finala çıxardı - YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belçika millisi Kopenhagendə keçirilən görüşdə meydan sahibi Danimarka üzərində 2:1 hesabı ilə əzmkar qələbə qazanıb. AVRO-2020-nin favoritlərindən sayılan, son dünya üçüncüsü Belçika millisi bununda xalını altıya yüksəldib və B qrupundan 1/8 finala vəsiqə qazanan ilk komanda olub.

Qeyd edək ki, daha əvvəl İtaliya millisi A qrupundan pley-offa vəsiqə qazanmışdı. 

21:34

Belçika millisi ikinci hissədə meydana girmiş ulduz futbolçularının hesabına daha bir qol vurdu. Bu dəfə Eden Azarın məhsuldar ötürməsi ilə Kevin de Bröyne ilk qolunu vurdu. Bu, 70-ci dəqiqəyə təsadüf etdi.

21:16

Belçika hesabı bərabərləşdirdi. İkinci hissədə meydana daxil olmuş Kevin de Bröynenin 55-ci dəqiqədə məhsuldar ötürməsini Torqan Azar qola çevirdi – 1:1.

20:04

Danimarka – Belçika matçında hesab erkən açılıb. 

Meydan sahiblərinin hücumçusu Poulsen 2-ci dəqiqədə komandasını hesabda önə çıxarıb.

20:02

Danimarka - Belçika matçı start götürüb.

Hazırda oyunda hesab açılmayıb. 

19:41

Azərbaycanın da ev sahiblərindən biri olduğu AVRO-2020 davam edir.

Oxu.Az xəbər verir ki, bu gün B qrupunun ikinci oyununda Danimarka ilə Belçika üz-üzə gələcəklər.

Danimarka da turnirin təşkilatçı ölkələrindən biri olduğu üçün görüş Kopenhagendə, “Parken” stadionunda keçiriləcək.

Artıq hər iki komanda start heyətlərini açıqlayıb.

Danimarka (4-2-3-1): Şmaykl; Kristensen, Kyaer, Vesterqaard, Maehle; Höybyerq, Delani; Vass, Poulsen, Damsqaard; Breytveyt.

Belçika (3-4-3): Kurtua; Alderveyreld, Denayer, Vertonqen; Mönye, Tilemans, Dendonker, Torqan Azar; Karasko, Mertens, Lukaku

Qeyd edək ki, oyun saat 20:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri