18 
İyn
2021
00:57
216
29
5660
Virtual karabakh

AVRO-2020: Niderland da 1/8 finala yüksəldi - YENİLƏNİB+VİDEO

18 İyn, 2021
00:57
5660

AVRO-2020: Niderland da 1/8 finala yüksəldi - YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2020-nin B qrupu çərçivəsində keçirilən Niderland - Avstriya oyunu birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Bu nəticə ilə xalını 6-a yüksəldən Niderland millisi sonuncu oyunun nəticəsindən asılı olmayaraq 1/8 finala çıxmağı təmin edib. 

Qeyd edək ki, daha əvvəl İtaliya və Belçika da növbəti mərhələyə çıxmağı təmin etmişdi.

00:39

Niderland ikinci qolu vurub. 

Dumfris oyunun 67-ci dəqiqəsində komandasının üstünlüyünü möhkəmləndirib. 

00:06

Oyunda ikinci hissə gedir. Niderland 1:0 qalib gəlir.

23:14

Niderland David Alabanın Denzel Dumfrisə qarşı etdiyi kobudluğa görə təyin olunan penaltidən hesabı açdı. Memfis Depay 11-ci dəqiqədə dəqiq oynadı. Niderland 1:0 qalib gəlir.

23:01

Niderland – Avstriya matçı ikincilərin topa toxunuşu ilə başladı.

22:14

Amsterdamın Yohan Kroyf adına stadionunda keçiriləcək Niderland – Avstriya görüşünün start heyəti açıqlanıb.

Oxu.Az xəbər verir komandalar meydana bu taktiki düzülüş və heyətlə çıxıb:

Niderland (5-3-2): Stekelenburq, Dumfris, De Vrey, De Lixt, Blind, van Aanholt, De Roon, Veynaldum (kapitan), Frank de Yonq, Veqhorst, Depay

Avstriya (4-4-2): Baxman, Ulmer, Hintereqer, Draqoviç, Layner, Alaba (kapitan), Laymer, Ksavyer Şlaqer, Baumqartner, Zabitser, Qreqoriç

Qeyd edək ki, bu matç saat 23:00-da başlayacaq. Komandaların hərəsinin üç xalı var. Qalib komanda 1/8 finala vəsiqə qazanan üçüncü milli olacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri