18 
İyn
2021
14:00
118
20
3314
Virtual karabakh

Azərbaycanlı beynəlxalq federasiyaya prezident seçildi - FOTO

18 İyn, 2021
14:00
3314

Azərbaycanlı beynəlxalq federasiyaya prezident seçildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib.

Oxu.Az-a verilən məlumata görə, Litvanın paytaxtı Vilnüsdə yerləşən qərargahda keçirilən seçkidə Azər Həsənov bu postda təşkilatın sabiq rəhbəri, iki ay öncə vəfat etmiş Sergey Novikovu əvəzləyib.

Yeni postu ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə açıqlama verən Azər Həsənov bu tarixi uğurun məhz Azərbaycan xalqı üçün əlamətdar tarixlərə – Milli Qurtuluş Gününə və eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın qədim Şuşada türk müttəfiqliyini rəsmiləşdirdikləri bir günə təsadüf etməsindən qürur duyduğunu bildirib. O qeyd edib ki, beynəlxalq federasiyanın digər rəhbər orqanlarına seçkilər gələn ay keçiriləcək.

Qeyd edək ki, beş il müddətinə seçilən Azər Həsənov yaxın tarixlərdə Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçirəcək.

Onu da bildirək ki, Avropa Universal Döyüş Federasiyasının prezidenti də azərbaycanlıdır. Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Natiq Əliyev 2019-cu ilin martında Bakıda keçirilmiş Konqresdə prezident seçilib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri