18 
İyn
2021
18:53
184
20
5053
Virtual karabakh

AVRO-2020: İsveç qələbə qazanıb qrup lideri oldu - YENİLƏNİB + VİDEO

18 İyn, 2021
18:53
5053

AVRO-2020: İsveç qələbə qazanıb qrup lideri oldu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveç millisi Slovakiyaya 1:0 qalib gəldi. Bununla İsveç yığması dörd xalla E qrupunun lideri oldu.  

18:34

İsveç millisinin meydana yeni daxil olmuş futbolçusu Robin Kuaysona qarşı qapıçı Martin Dubravka kobudluq etdi. Emil Foşberi 77-ci dəqiqədə penaltidən fərqləndi – 1:0. Bu, İsveç millisinin turnirdə ilk qoludur.

18:02

İsveç – Slovakiya görüşündə hələ hesab açılmayıb. Matçda ikinci hissə gedir və qolsuz bərabərlik davam edir.

17:01

E qrupunda II tura start verilir.

Oxu.Az xəbər verir ki, İsveç millisi ilk görüşdə qələbə qazanaraq qrup lideri olmuş Slovakiya millisi ilə qarşılaşır.

Görüş Sankt-Peterburqda keçirilir.

İsveç (4-4-2): Ulsen, Lustiq, Lindelöf, Danielson, Auqustinson, Ulson, Ekdal, Sebastian Laşon (kapitan), Foşberi, Beri, İsak

Slovakiya (4-2-3-1): Dubravka, Huboçan, Şkriniar, Şatka, Pekarik, Hroşovski, Kutska, Mak, Hamşik (kapitan), Kostselnik, Duda 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri