18 
İyn
2021
19:17
395
15
2627
Virtual karabakh

Azərbaycan güləşçisi finalda erməni rəqiblə düşdü

18 İyn, 2021
19:17
2627

Azərbaycan güləşçisi finalda erməni rəqiblə düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatında iki güləşçimiz final görüşünə çıxacaq.

Oxu.Az xəbər verir ki, Fəraim Mustafayev (48 kq) finalda Sərvət Anqı (Türkiyə) ilə qarşılaşacaq.

Fərid Baxışlı (55 kq) isə Armen Sukyasyanla (Ermənistan) qalibi aydınlaşdırmağa çalışacaq.

Daha bir güləşçimiz – Kənan Abdullazadənin (65 kq) isə bürünc medal qazanmaq şansı var.

Qeyd edək ki, final və bürünc medal görüşləri sabah keçiriləcək.

Səbuhi Musayev

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri