19 
İyn
2021
01:22
176
26
5035
Virtual karabakh

AVRO-2020: İngiltərə Şotlandiyanı məğlub edə bilmədi - YENİLƏNİB + VİDEO

19 İyn, 2021
01:22
5035

AVRO-2020: İngiltərə Şotlandiyanı məğlub edə bilmədi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Uembli” stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Bu nəticədən sonra xallarının sayını dördə çatdıran İngiltərə Çexiya ilə birlikdə ilk iki pilləni bölüşdürür. Şotlandiya və Xorvatiyanın isə bir xalı var.

23:49

İlk hissədən sonra İngiltərə – Şotlandiya oyununda qapılara qol vurulmayıb. İngiltərənin üstünlüyü şəraitində keçən görüşdə dinamik futbol getsə, hələ ki qolsuzluq davam edir – 0:0.

23:00

AVRO-2020-nin D qrupunun II turunun ikinci matçına start verilir.

Oxu.Az xəbər verir ki, Londonun “Uembli” stadionunda Britaniya derbisi baş verəcək.

Belə ki, İngiltərə öz meydanında Şotlandiyanı qəbul edir. Komandalar bu düzülüş və start heyətlə meydana çıxıb.

İngiltərə (4-2-3-1): Pikford, Ceyms, Stounz, Minqs, Şou, Rays, Filips, Foden, Maunt, Sterlinq, Keyn (kapitan)

Şotlandiya (3-5-2): Marşal, Tirni, Hanli, Maktominey, Robertson (kapitan), MakQreqor, Cilmur, MakCin, ODonel, Adams, Dayks

Qeyd edək ki, İngiltərə qalib gələcəyi halda, pley-offa vəsiqəni təmin edəcək.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri