19 
İyn
2021
12:40
271
9
2193
Virtual karabakh

Boksçumuz Avropa çempionatında erməniyə rəqib oldu

19 İyn, 2021
12:40
2193

Boksçumuz Avropa çempionatında erməniyə rəqib oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Rozeto delyi Abrutsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, 41 ölkənin qatıldığı yarışın ikinci günü Azərbaycan millisinin iki üzvü rinqə çıxıb.

İlk görüşdə Uça Jorjolianiyə (Gürcüstan) qalib gələn Ruslan Rüstəmov (-64 kq) 1/8 finalda rusiyalı Məhəmməd Şamsayevlə döyüşüb. Boksçumuz çıxışını qələbə ilə başa vurub – 4:1 (29:26, 28:27, 29:26, 29:26, 27:28). O, 1/4 finalda erməni əsilli Almaniya təmsilçisi David Qevorqyanla üz-üzə gələcək. Qarşılaşma iyunun 21-də baş tutacaq.

Startda erməni əsilli Arşak Yelizbaryana (Gürcüstan) gücünü göstərən Mirəşrəf Kazımzadə (-75 kq) ikinci görüşündən də qalib ayrılıb. O, 1/8 finalda macarıstanlı Robert Çervenkodan üstün olub. Boksçumuz rəqibini 5:0 (28*:28, 28*:28, 28*:28, 29:27, 29:27) hesabı ilə məğlub edib. Kazımzadə iyunun 21-də 1/4 finalda ukraynalı Boqdan Tolmaçovu sınağa çəkəcək.

Yarışın üçüncü günündə beş boksçumuz 1/8 final qarşılaşmasına çıxacaq.

Qeyd edək ki, yığmamızın yeddi idmançı ilə təmsil olunduğu yarışda final görüşləri iyunun 24-də keçiriləcək. 320 min mükafat fondu olan çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, üçüncü yerin sahiblərinin hərəsi 2 min dollar qazanacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri