19 
İyn
2021
15:51
235
15
2870
Virtual karabakh

Vüsal İsgəndərli: “Narahat olmayın, Türkiyə klubu ilə müqavilə bağlamışam”

19 İyn, 2021
15:51
2870

Vüsal İsgəndərli: “Narahat olmayın, Türkiyə klubu ilə müqavilə bağlamışam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ankara Keçiörəngücü” ilə müqaviləni bu ayın əvvəli bağlamışam. Müqaviləm üç illikdir. Hazırda İstanbuldayam. İyunun 25-i Ankaraya uçacağam. Həmin tarixdən komanda yeni mövsümün hazırlıqlarına start verəcək”.

Bunu Oxu.Az-a Türkiyənin I divizion klubu “Ankara Keçiörəngücü”yə transfer olunmuş azərbaycanlı futbolçu Vüsal İsgəndərli deyib.

“Keşlə”dən ayrılaraq iyunun 1-də Ankara klubu ilə müqavilə bağlamış V.İsgəndərlinin transfer xəbəri hələ də elan olunmayıb. İstər klubun rəsmi saytı, istərsə də sosial şəbəkə hesablarında bu transfer barədə heç bir məlumat yoxdur. 25 yaşlı cinah hücumçusu transferin rəsmi şəkildə açıqlanmamasına aydınlıq gətirdi:

“Klubun transferimi açıqlamamağına gəlincə, mən ilk olaraq iyunun 25-də müqaviləni imzalamalıydım. Sadəcə, Türkiyənin digər I divizion klublarından mənə başqa təkliflərin olmasına görə, “Ankara Keçiörəngücü” narahat olmağa başladı. Ona görə də məni tez çağırıb, müqavilə bağladılar. Dedilər ki, əsas müqaviləni bağla, transferini sonra da elan edərik. Mənim klub formasında şəklimi çəkiblər. Çox adam məndən soruşur ki, niyə klub haqqında məlumat vermir? Narahat olmağa əsas yoxdur. İyunun 25-də elan olunacaq”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri