19 
İyn
2021
16:53
416
8
3251
Virtual karabakh

Azərbaycan güləşçisindən erməniyə idman dərsi – 8:0

19 İyn, 2021
16:53
3251

Azərbaycan güləşçisindən erməniyə idman dərsi – 8:0

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın daha beş yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında mübarizəyə qoşulub.

Oxu.Az xəbər verir ki, bunlardan 60 kq-da mübarizə aparan Fərid Xəlilov təsnifat mərhələsində Rati Xozrevanidzeni (Gürcüstan) 13:5 hesabı ilə məğlub edib.

Daha sonra moldovalı Oleq Bajuranı üstələyən idmançı 1/4 finalda Ermənistan təmsilçisi Rostom Makiçyana heç bir şans verməyib – 8:0. Xəlilov yarımfinalda Enes Ülkü (Türkiyə) ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) və Zenfira Haşımova (46 kq) bürünc medal qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri