19 
İyn
2021
22:02
258
80
9651
Virtual karabakh

AVRO-2020-nin ən bol qollu matçı: Almaniya Portuqaliyaya qalib gəldi - YENİLƏNİB + VİDEO

19 İyn, 2021
22:02
9651

AVRO-2020-nin ən bol qollu matçı: Almaniya Portuqaliyaya qalib gəldi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliya – Almaniya oyunu ikincilərin 4:2 hesablı qələbəsi ilə başa çatdı. İki avtoqolun da vurulduğu bu matç AVRO-2020-nin hələ ki ən bol qollu matçı sayılır. Bu nəticə ilə Almaniya üç xal qazanaraq son tur öncəsi vəziyyətini düzəltmiş oldu və qrupda ikinci yerə yüksəldi.

21:30

Portuqaliya fərqi azaltdı. Bu dəfə Ronaldununun ötürməsindən sonra Diequ Jota 67-ci dəqiqədə fərqləndi. Portuqaliya Münxendə meydan sahiblərinə 2:4 hesabı ilə uduzur.

21:22

Alman maşını dayanmaq bilmir. Bu dəfə Robin Qosens 60-cı dəqiqədə fərqləndi. "Atalanta"nın futbolçusu artıq iki məhsuldar ötürmə və bir qol müəllifidir.

21:11

Almaniya daha bir qol vurdu. Bu dəfə Kay Haverts 51-ci dəqiqədə hesabı 3:1 etdi.

21:05

Portuqaliya – Almaniya oyununda ikinci hissə gedir. Almaniya 2:1 qalib gəlir.

20:39

Almaniya millisi ardıcıl iki avtoqolla hesabda önə çıxdı.

Əvvəlcə dördqat dünya çempionu Almaniya millisi hesabı 35-ci dəqiqədə bərabərləşdirdi. UEFA Çempionlar Liqasının finalçısı Ruben Dias öz qapısına qol vurdu – 1:1. Bu, Almaniya millisinin bu turnirdə ilk qolu sayılır.

Daha sonra 39-cu dəqiqədə Almaniya ikinci qolu vurdu. Bu dəfə Portuqaliya millisinin digər müdafiəçisi Rafael Qereyru avtoqola imza atdı.

20:17

Portuqaliya millisi 15-ci dəqiqədə hesabı açdı. Diequ Jotanın qapı önünə ötürməsindən sonra Kriştianu Ronaldu fərqlənməkdə çətinlik çəkmədi – 1:0. Bununla da Ronaldu turnirdə qollarının sayını üçə çatdırmaqla Çexiya millisinin forvardı Patrik Şikə çatdı.

20:01

AVRO-2020-nin F qrupunun Portuqaliya – Almaniya görüşü başlandı.

Oxu.Az xəbər verir ki, oyun Münxendə keçirilir.

Komandalar meydana bu taktiki düzülüş və heyətlə çıxıb.

Portuqaliya (4-2-3-1): Ruy Patrisiu, Nelson Semedu, Ruben Dias, Pepe, Qereyru, Vilyam Karvalyu, Danilo, Bernardu Silva, Bruno Fernandes, Dioqu Jota, Ronaldu (kapitan) 

Almaniya (3-4-2-1): Noyer, Rüdiqer, Humels, Qinter, Qosens, Kroos, Gündoğan. Kimix, Müler, Haverts, Qnabri

Qeyd edək ki, bu matçda Portuqaliya qələbə qazanacağı halda, 1/8 finala vəsiqə qazanacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri