20 
İyn
2021
00:57
167
40
7007
Virtual karabakh

AVRO-2020: İspaniya yenə qalib gələ bilmədi - YENİLƏNİB + VİDEO

20 İyn, 2021
00:57
7007

AVRO-2020: İspaniya yenə qalib gələ bilmədi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Görüş 1:1 hesabı ilə başa çatıb. Bununla da İspaniya yenə qələbə qazana bilməyib. Bu qrupun lideri dörd xalla İsveç millisidir. İspaniya iki xalla üçüncü, Polşa bir xalla sonuncudur. 

00:21

57-ci dəqiqədə Xerard Moreno penalti zərbəsini dirəyə vurdu. Hesab dəyişmədi – 1:1.

00:14

Polşa hesabı bərabərləşdirdi. Robert Levandovski 54-cü dəqiqədə başla qol vurdu – 1:1.

00:06

Görüşdə ikinci hissə gedir. İspaniya 1:0 qalib gəlir.

23:28

İspaniya millisi 25-ci dəqiqədə hesabı açdı. Alvaro Morata fərqləndi. O, "Yuventus"dan komanda yoldaşı olan Voytsex Şçensnını məyus etdi. Bu, İspaniya millisinin AVRO-2020-də ilk qoludur.

23:01

AVRO-2020-də E qrupunun II turunun İspaniya – Polşa oyununa start verildi.

Oxu.Az xəbər verir ki, komandalar Sevilya şəhərində keçirilən matça komandalar bu start heyətlə çıxıb.

İspaniya (4-3-3): Unai Simon, Markos Lyorente, Laport, Pau Tores, Xordi Alba (kapitan), Koke, Rodri, Pedri, Xerard Moreno, Morata, Olmo

Polşa (3-4-2-1): Şçensnı, Bednarek, Qlik, Bereşinski, Puxaç, Klix, Moder, Yuzvyak, Zelinski, Şviderski, Levandovski 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri