20 
İyn
2021
01:33
106
12
3568
Virtual karabakh

AVRO-2020-nin penalti mənzərəsi: Doqquz cəhddən beşi uğursuz olub

20 İyn, 2021
01:33
3568

AVRO-2020-nin penalti mənzərəsi: Doqquz cəhddən beşi uğursuz olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2020-nin ikinci turunun sonuncu matçında növbəti dəfə penalti təyin olunub.

Oxu.Az xəbər verir ki, İspaniya – Polşa görüşü zamanı birincilərin xeyrinə verilən qərardan sonra Cerard Moreno topun arxasına keçib.

Amma ispaniyalı hücumçunun zərbəsi hədəfdən yayınıb. Qapı dirəyi qola mane olub.

Maraqlıdır ki, bu, AVRO-2020-nin startından bəri müxtəlif oyunlarda qapılara təyin olunmuş 9-cu penalti zərbəsi olub.

Daha əvvəl yerinə yetirilmiş səkkiz zərbədən dördü qol olmuşdusa, digər dörd cəhddə zərbəni vuran oyunçu bu və ya digər səbəbdən məyus olmuşdu.

Pyer Hoybyerq (Danimarka), Qaret Beyl (Uels), Ruslan Malinovski (Ukrayna), Ezgiyan Alioski (Şimali Makedoniya) və Cerard Moreno (İspaniya) şansı əldən verən oyunçulardır.

Kristiano Ronaldo (Portuqaliya), Memfis Depay (Niderland), Patrik Şik (Çexiya) və Emil Forsberq (İsveç) isə “nöqtə”dən qol sevinci yaşayan futbolçulardır.

Zaur Xudiyev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri