20 
İyn
2021
10:34
249
13
2711
Virtual karabakh

Kristian Eriksen Danimarka millisini ziyarət etdi

20 İyn, 2021
10:34
2711

Kristian Eriksen Danimarka millisini ziyarət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen komandasının Avro-2020-nin qrup mərhələsinin üçüncü turu çərçivəsində Rusiya ilə oyuna hazırlıq məşqini ziyarət edib.

Bu barədə “Associated Press” məlumat yayıb.

Futbolçunun həyat yoldaşı və övladları da onunla birlikdə komandanın düşərgəsinə gəlib. Danimarkalı futbolçuların sözlərinə görə, Eriksenin səfəri onlar üçün sürpriz olub.

“Onu görmək çox xoş oldu. Bizim üçün turnirin qalan hissəsinə köklənmək üçün Kristianın yaxşı olduğunu bilmək önəmli idi”, - deyə komandanın hücumçusu Skov Olsen bildirib.

Yarımmüdafiəçi Kristian Nerqorun sözlərinə görə, Eriksenin vəziyyəti yaxşı olub və o, öz komandasını ruhlandırıb:

“Onun öz oğlu ilə necə gəzdiyini görmək əla oldu. Bizə lazım olan da məhz bu idi”.  

Qeyd edək ki, Avro-2020 çərçivəsində keçirilən Danimarka-Finlandiya oyununda yarımmüdafiəçi Kristian Eriksenin ürəyi dayanmışdı.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri