20 
İyn
2021
17:42
155
19
1943
Virtual karabakh

Oleynik UFC-də ardıcıl üçüncü dəfə məğlub oldu

Rusiyalı MMA döyüşçüsü Aleksey Oleynik növbəti dəfə məğlub olub.

Bu barədə Rusiya mətbuatı yazıb.

Belə ki, rusiyalı döyüşçü Moldovadan olan Sergey Spivaka uduzub. Bununla 43 yaşlı Oleynik ardıcıl üçüncü dəfə məğlub olub. Spivak hakimlərin yekdil qərarı əsasında qalib olub. Döyüş UFC turniri çərçivəsində Las-Veqasda baş tutub.

Qeyd edək ki, buna qədər Oleynik 2020-ci ilin avqustunda nokautla Derrik Luisə, 2021-ci ilin fevralında isə Kris Daukausa uduzub.

Oleynik sonuncu dəfə 2020-ci ilin mayında keçmiş UFC çempionu braziliyalı Fabrisio Verdum üzərində qələbə qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri