21 
İyn
2021
10:32
17
51
1789
Virtual karabakh

Amerika Kuboku: Kolumbiyadan gözlənilməz məğlubiyyət, Venesuela son dəqiqədə məğlubiyyətdən qaçdı - VİDEO

Braziliyada keçirilən futbol üzrə Amerika Kubokunda (Copa America) qrup mərhələsinin III turuna start verilib.

Oxu.Az xəbər verir ki, bu gün B qrupunun iki oyunu keçirilib.

Autsayderlərin duelində Venesuela ilə Ekvador qollu bərabərə qalıblar – 2:2. Venesuela 90+1-ci dəqiqədə məğlubiyyətdən qaçıb.

Kolumbiya isə gözlənilmədən Peruya məğlub olub – 1:2. Məğlubiyyətdə “Everton”un mərkəz müdafiəçisi Yeri Minanın 64-cü dəqiqədə avtoqolu əsas rol oynayıb.

Hazırda şimal qrupuna meydan sahibləri Braziliya başçılıq edir. Onlar iki oyundan sonra altı xal toplayıb.

Qeyd edək ki, iyunun 22-də A qrupunda III turun Uruqvay – Çili (01:00) və Argentina – Paraqvay (04:00) oyunları keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri