21 
İyn
2021
17:22
400
18
4015
Virtual karabakh

Futbol millimiz Fransaya qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Oxu.Az xəbər verir ki, Fransa yığmasi ilə qarşılaşan komandamız Sabir Allahquliyevin vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb.

D qrupunun digər oyununda bu gün Estoniya ilə İsveçrə qarşılaşacaq.

Qeyd edək ki, millimiz növbəti oyununu sabah Bakı vaxtı ilə saat 19:30-da qrupun favoriti sayılan İsveçrə yığmasına qarşı keçirəcək. İyunun 27-dək davam edəcək seçmə mərhələnin Avropa zonasında ilk dörd yeri tutacaq komandalar (yarımfinalçılar) avqustda Moskvada keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri