21 
İyn
2021
21:57
134
85
5749
Virtual karabakh

Avstriya Ukraynaya qalib gəlib 1/8 finala çıxdı, Niderlanddan maksimum nəticə - YENİLƏNİB + VİDEO

21 İyn, 2021
21:57
5749

Avstriya Ukraynaya qalib gəlib 1/8 finala çıxdı, Niderlanddan maksimum nəticə - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriya millisi Ukraynaya 1:0 qalib gələrək xalını altıya yüksəltdi və qrup ikincisi kimi 1/8 finala vəsiqə qazandı. Ukrayna isə üç xalla qrup üçüncüsü kimi şansını gözləyəcək.

Heç bir əhəmiyyət kəsb etməyən matçda Niderland Şimali Makedoniyaya 3:0 qalib gəldi. Bu matç Qoran Pandevin son milli oyunu oldu. Bu nəticədən sonra Niderland da A qrupunda İtaliya kimi maksimum – doqquz xallıq nəticə göstərmiş oldu. Debütant Şimali Makedoniya isə bu matçda oyundankənar vəziyyətdən iki qol vursa da, sayılmadı. Bu komanda turniri xalsız başa vurdu. 

21:19

Niderland millisi Şimali Makedoniya qapısından üçüncü topu keçirdi. 58-ci dəqiqədə “Liverpul”un futbolçusu Veynaldum dublunu rəsmiləşdirdi – 3:0. Bununla da o, turnirdə üçüncü qolunu vurmaqla bombardirlər cədvəlində Kriştianu Ronaldu və Patrik Şikə çatdı.

Paralel gedən digər matçda Avstriya millisi 1:0 qalib gəlməkdədir.

21:12

Niderland hesab arasındakı fərqi ikiyə çatdırdı. Memfis Depayın ötürməsindən sonra Niderlandın kapitanı Corcinio Veynaldum 51-ci dəqiqədə fərqləndi.

20:27

Şimali Makedoniya – Niderland görüşündə hesab 24-cü dəqiqəqə açıldı. “Barselona”nın yeni transferi Memfis Depay ardıcıl ikinci qolunu vurdu. Niderland 1:0 qalib gəlir.

20:22

Ukrayna – Avstriya görüşündə 21-ci dəqiqədə hesab açıldı. Kristof Baumqartner hesabı açdı. Şimali Makedoniya – Niderland görüşündə hesab açılmayıb.

20:02

Hər iki oyun başlandı. 

19:29

Azərbaycanın da ev sahiblərindən biri olduğu AVRO-2020-də qrup mərhələsinin oyunları davam edir.

Oxu.Az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutacaq.

Əvvəlcə, saat 20:00-da start götürəcək oyunlarda C qrupunda mübarizəyə yekun vurulacaq.

Niderland millisi Şimali Makedoniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Ukrayna yığması isə Avstriya ilə qarşılaşacaq.

Qeyd edək ki, son oyun öncəsi niderlandlılar qrupdan çıxmağı təmin ediblər. Eyni xala malik Ukrayna və Avstriya yığmalarının görüşü isə daha böyük maraqla gözlənilir.

Artıq hər iki oyunda komandalar start heyətlərini açıqlayıblar.

Şimali Makedoniya – Niderland

Baş hakim: İstvan Kovaç (Rumıniya).

Amsterdam. Yohan Kroyf Arena. 

Şimali Makedoniya (4-2-3-1): 1. Stole Dimitrevski, 5. Ariyan Ademi, 6. Visar Musliu, 7. İvan Triçkovski, 8. Ezqyan Alioski, 9. Aleksandr Traykovski, 10. Qoran Pandev (k), 13. Ştefan Ristovski, 14. Darko Velkovski, 17. Enis Bardi, 21. Elyif Elmas.

Niderland (5-3-2): 1. Martin Stekelenburq, 3. Matteys De Liqt, 6. Stefan de Vrey, 8. Corcinyo Veynaldum (k), 10. Memfis Depay, 12. Patrik van Aanholt, 16. Rayan Qravenberx, 17. Deyli Blind, 18. Donyell Malen, 21. Frenki de Yonq, 22. Denzel Dumfris.

Ukrayna – Avstriya

Baş hakim: Cüneyt Çakır (Türkiyə).

Buxarest. Milli Arena.

Ukrayna (4-1-4-1): 1. Georgi Buşçan, 5. Sergey Sidorçuk, 7. Andrey Yarmolenko (k), 8. Ruslan Malinovski, 9. Roman Yaremçuk, 10. Mikola Şaparenko, 13. İlya Zabarnı, 16. Vitali Mikolenko, 17. Aleksandr Zinçenko, 21. Aleksandr Karavayev, 22. Mikola Matviyenko.

Avstriya (4-3-2-1): 13. Daniel Baxmann, 3. Aleksandr Draqoviç, 4. Martin Hinteregger, 7. Marko Arnautoviç, 8. David Alaba (k), 9. Marsel Sabitzer, 10. Florian Qrilliç, 19. Kristof Baumqartner, 21. Ştefan Layner, 23. Xavyer Şlager, 24. Konrad Laymer.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri