22 
İyn
2021
16:12
9
73
1754
Virtual karabakh

Millimizin baş məşqçisi Asiman Qurbanlının uğursuzluğun səbəbini AÇIQLADI

22 İyn, 2021
16:12
1754

Millimizin baş məşqçisi Asiman Qurbanlının uğursuzluğun səbəbini AÇIQLADI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Asiman Qurbanlının xal hesabı ilə reytinqdən lisenziya qazanmaq şansı yox idi. Buna görə də ümid lisenziya yarışına idi”. 

Oxu.Az xəbər verir ki, bunu karate millimizin baş məşqçisi Qurban Tağıyev bildirib. 

O, II Avropa Oyunlarının qalibi Asiman Qurbanlının lisenziya qazana bilməməsindən danışıb: “Fransada keçirilən yarışda Asiman beşinci döyüşündə məğlub oldu. Yarımfinala çıxacağına ümid var idi. Amma idmanda qalibiyyət olduğu kimi, məğlubiyyət də var. Həm də onun dizində zədəsi olduğuna görə, bu onun istədiyi kimi məşq keçməsinə mane oldu”. 

Federasiya prezidenti Yaşar Bəşirov isə Asiman Qurbanlı və katada Roman Heydərovun lisenziya qazanmasına ümidlərinin çox olduğunu, lakin onların bu hədəfə çata bilmədiklərini bildirib. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri