23 
İyn
2021
15:00
73
20
2931
Virtual karabakh

Türkiyə klubu millimizin futbolçusu ilə anlaşıb, “Sabah”ın transferdən xəbəri yoxdur

23 İyn, 2021
15:00
2931

Türkiyə klubu millimizin futbolçusu ilə anlaşıb, “Sabah”ın transferdən xəbəri yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah”ın futbolçusu, 21 yaşadək millimizin sabiq oyunçusu Ozan Kökçü karyerasını Türkiyədə davam etdirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Həmin məlumatda bildirilir ki, ötən mövsümün ikinci dövrəsini icarə əsasında Niderlandın “Telstar” klubunda keçirən 22 yaşlı yarımmüdafiəçi Türkiyənin I divizion təmsilçisi “Eyüpspor”la anlaşıb. Yığma komandamızın üzvü ilə şəxsi razılıq əldə olunsa da, bu keçiddə son sözü “Sabah” klubu deyəcək. Çünki futbolçunun Bakı klubu ilə daha bir illik müqaviləsinin mövcud olduğu yazılıb.

Lakin əslində oyunçunun bakılılarla müqavilə müddəti 2022-ci ilin yox, 2023-cü ilin yayına qədərdir. Məsələ ilə bağlı “Sabah” klubu ilə əlaqə saxladıq. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bunları dedi:

“Bəli, Ozan Can Kökçünün “Sabah”la 2023-cü ilə kimi müqaviləsi var. “Eyüpspor”dan bizə hər hansı rəsmi təklif gəlməyib”.

Qeyd edək ki, hazırda digər həmyerlimiz Vüsal İsgəndərlinin Türkiyənin I divizionunda “Ankara Keçiörəngücü”də oynayacağı dəqiqdir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri