23 
İyn
2021
15:16
120
15
2013
Virtual karabakh

İspaniyalı futbolçu: “Mənim istəklərim “Qarabağ”ın iddiaları ilə üst-üstə düşür”

23 İyn, 2021
15:16
2013

İspaniyalı futbolçu: “Mənim istəklərim “Qarabağ”ın iddiaları ilə üst-üstə düşür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məşqlərimiz çox maraqlı keçir. Hazırlıq prosesində futbolçuları çox istəkli görürəm. Bəlkə də bu, ötən mövsüm çempionluğu son turda qaçırmağımızdan irəli gəlir. Bu da futbolçulara təsir edib və yeni mövsümə daha istəkli başlamışıq”.

Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Xayme Romero klubunun saytına açıqlamasında deyib.

İspaniyalı yarımmüdafiəçi hazırlıq prosesindən və yeni mövsümün hədəflərindən danışıb:

“Konfrans Liqası bizim üçün yeni və maraqlı turnirdir. İlk dəfə keçiriləcək turnirdə yaxşı iştirak etmək istəyirik. Mənim istəklərim komandanın iddiaları ilə üst-üstə düşür. Konfrans Liqasının qrupuna düşmək üçün əlimizdən gələni edəcəyik. Futbolçular da çox həvəslidir. Mövsümün sonunda isə Premyer Liqada çempion olmaq istəyirik. Yeni mövsümün uğurlu alınması üçün hər kəs işinə ciddi yanaşır”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri