23 
İyn
2021
16:04
222
42
9098
Virtual karabakh

Həbib Nurməhəmmədov yeznəsinə rəqib kimi azərbaycanlı döyüşçünü tapdı - FOTO/VİDEO

23 İyn, 2021
16:04
9098

Həbib Nurməhəmmədov yeznəsinə rəqib kimi azərbaycanlı döyüşçünü tapdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MMA üzrə keçmiş döyüşçü Həbib Nurməhəmmədov yeznəsi Şamil Zavurova rəqib kimi azərbaycanlı idmançı Nəriman Abbasovu təklif edib.

Oxu.Az-ın xəbərinə görə, tərəflər artıq bu döyüş barədə razılığa gəlib.

Beləliklə, gələn ay 38 yaşını tamamlayacaq Şamil Zavurov karyerasının son döyüşünü 27 yaşlı Nərimana qarşı keçirəcək. Bu görüş Rusiyanın paytaxtı Moskvada sentyabrın 18-də olacaq. Döyüş Həbib Nurməhəmmədovun rəhmətə getmiş atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunacaq.

“Dağıstan aslanı” adlandırılan Şamil Zavurov həm də Həbib Nurməhəmmədovun sahibi olduğu EFC-nin (Eagle Fighting Championship) prezidentidir. O, MMA döyüşçüsü kimi indiyədək 46 döyüş keçirib və bunlardan 40-da qalib gəlib. Zavurov bu il artıq iki görüş keçirib və qələbə qazanıb.

Qeyd edək ki, Nəriman Abbasov 11 döyüşdür ki, uduzmur. O, hazırda yüngül çəkidə Rusiyanın “AMC Fight Night” təşkilatına məxsus kəmərin sahibidir. O, iki dəfə bu kəməri uğurla müdafiə edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri