23 
İyn
2021
17:20
178
28
5087
Virtual karabakh

Macarıstan komandası “Neftçi” ilə oynamaqdan imtina etdi - FOTO

23 İyn, 2021
17:20
5087

Macarıstan komandası “Neftçi” ilə oynamaqdan imtina etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi dəyişib.

Oxu.Az xəbər verir ki, Macarıstanın bürünc mükafatçısı olan “Fehervar” klubu zədəlilərinin çox olması ilə əlaqədar “Neftçi” ilə sınaq matçından imtina edib.

Buna görə də “ağ-qaralar” sabah Sloveniyanın digər klubu “Domjale” ilə qarşılaşacaq. “Domjale” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Sloveniyanın Kranska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan “Neftçi” toplanış çərçivəsində ilk yoxlama oyununu iyunun 21-də “Kodelyevo Sport Lyublyana” stadionunda yerli “Olimpiya” klubuna qarşı keçirib (1:1). Flaqman iyunun 29-da Moskva “Spartak”ı ilə üz-üzə gələcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri