23 
İyn
2021
22:00
155
23
7446
Virtual karabakh

İsveç qrup qalibi oldu, İspaniya darmadağınla 1/8 finala çıxdı - VİDEO + YENİLƏNİB

23 İyn, 2021
22:00
7446

İsveç qrup qalibi oldu, İspaniya darmadağınla 1/8 finala çıxdı - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beləliklə, İsveç Polşaya 3:2, İspaniya isə Slovakiyaya 5:0 qalib gəldi. İsveç yeddi xalla qrupu lider, İspaniya isə beş xalla ikinci kimi bitirdi. Slovakiya üç xalla qrup üçüncüsü olsa da, 1/8 finala çıxa bilmədi.

21:54

İsveç millisi son dəqiqələrdə qələbə qolunu vurdu. Meydana 78-ci dəqiqədə daxil olmuş Viktor Klason 90+4-cü dəqiqədə fərqləndi – 3:2. İsveçin son iki qoluna meydana sonradan daxil olan “Yuventus”lu Deyan Kuluşevski imza atdı.

21:45

Robert Levandovski 84-cü dəqiqədə dubla imza atdı. İndi Polşanın 1/8 finala çıxması üçün daha bir qol vurması lazımdır. Bu nəticədən sonra İspaniya qrupda liderliyi ələ aldı.

21:35

İspaniya millisi 67 və 71-ci dəqiqələrdə növbəti qollarını vurdu. Feran Tores hesabı 4:0 etdi. Yuray Kuçka isə Slovakiyanın bu gün ikinci avtoqoluna imza atdı. İspaniya Slovakiyanı 5:0 hesabı ilə darmadağın edir.

21:29

Polşa millisi Robert Levandovski ilə hesab arasındakı fərqi azaltdı. “Bayern”in hücumçusu çempionatda ilk qolunu 61-ci dəqiqədə vurdu.

21:19

İspaniya və İsveç milliləri rəqiblərinə növbəti qolları vurdu. Pablo Sarabia 56-cı, Emil Forsberq 59-cu dəqiqələrdə fərqləndi.

20:50

İspaniya millisi fasiləyə yollanmazdan öncə daha bir qolu Slovakiyanın qapısından keçirdi. “Mançester Siti”ilə İngiltərə çempionu olmuş mərkəz müdafiəçisi Aymerik Laport 45+3-cü dəqiqədə hesabı 2:0 etdi. Əvvəllər Fransa millisində çıxış etmiş Laport dördüncü dəfə çıxış etdiyi İspaniya yığmasında ilk qolunu vurdu.

20:33

İspaniya millisi hesabı açdı. 30-cu dəqiqədə Martin Dubravka avtoqola imza atdı. Beləliklə, İspaniya və İsveç milliləri rəqiblərinə 1:0 hesabı ilə qalib gəlir.

20:15

İspaniya ardıcıl ikinci oyunda da penaltini vura bilmədi. Bu dəfə komandanın mərkəz hücumçusu Alvaro Morata 12-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilmədi. Martin Dubravka “Yuventus”un hücumçusunun zərbəsinin istiqamətini müəyyənləşdirib zərərsizləşdirdi. Slovakiya – İspaniya oyununda qolsuzluq davam edir.

20:02

AVRO-2020-nin E qrupunda İsveç – Polşa və Slovakiya – İspaniya oyunları başladı. Qrup lideri İsveç oyunlardan öncə 1/8 finala vəsiqəni təmin etsə, digər üç komanda bunun üçün mübarizə aparır. 

Artıq İsveç millisi 2-ci dəqiqədə Emil Forsberqin qolu ilə önə çıxdı. Bu, İsveç millisinin və Almaniyanın “Laypsiq” klubunun yarımmüdafiəçisinin turnirdə ikinci qoludur. Həmçinin, bu qol AVRO-2020-nin ən erkən qolu sayılır.

E qrupu

İsveç (4-4-2): Ulsen, Lustiq, Lindelof, Danielson, Auqustinson, S. Laşon (kapitan), Ekdal, Ulson, Forsberq, Kuayson, İsak

Polşa (3-4-2-1): Şçensnı, Bednarek, Qlik, Bereşinski, Puxaç, Klix, Krıxovyak, Yujvyak, Zyelinski, Şfiderski, Levandofski (kapitan)

Slovakiya (4-4-1-1): Dubravka, Pekarik, Şatka, Şkrinyar, Huboçan, Haraslin, Kutska, Hromada, Mak, Hamşik (kapitan), Duda

İspaniya (4-3-3): Unai Simon, Xordi Alba, Laport, Erik Qarsia, Aspilikueta, Pedri, Serxio Buskets (kapitan), Koke, Xerard Moreno, Morata, Sarabia

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri