23 
İyn
2021
22:14
134
19
6411
Virtual karabakh

AVRO-2020-nin daha iki 1/8 final cütü və Bakıya gələcək potensial dördüncü komandanın adı bilindi

23 İyn, 2021
22:14
6411

AVRO-2020-nin daha iki 1/8 final cütü və Bakıya gələcək potensial dördüncü komandanın adı bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün E qrupunda keçirilən oyunlardan sonra AVRO-2020-nin 1/8 final mərhələsinin daha iki cütü müəyyənləşib.

Oxu.Az xəbər verir ki, bu, Xorvatiya – İspaniya və Niderland – Çexiya cütləridir.

Niderland – Çexiya oyunu iyunun 27-də Budapeştdə, Xorvatiya – İspaniya matçı isə iyunun 28-də Kopenhagendə keçiriləcək.

Bununla da Bakıdakı sonuncu görüşdə iştirakı mümkün dördüncü komandanın adına aydınlıq gəlmiş olub. Belə ki, Niderland – Çexiya və Uels – Danimarka cütlərinin qalibləri iyulun 3-də Bakı Olimpiya Stadionunda 1/4 final görüşünə çıxacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri