24 
İyn
2021
01:01
237
22
9788
Virtual karabakh

AVRO-2020: Almaniya və Portuqaliya da 1/8 finalda - VİDEO + YENİLƏNİB

24 İyn, 2021
01:01
9788

AVRO-2020: Almaniya və Portuqaliya da 1/8 finalda - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beləliklə, hər iki görüş 2:2 hesabı ilə başa çatdı. F qrupunda Fransanın ardından Almaniya qrup ikincisi kimi, Portuqaliya isə qrup üçüncüsü kimi 1/8 finala vəsiqə qazandı. Meydan sahiblərindən olan Macarıstan isə qrup sonuncusu kimi turnirlə vidalaşdı. 

00:46

Almaniya millisi hesabı yenidən bərabərləşdirdi. Leon Qoretska 84-cü dəqiqədə hesabı 2:2 etdi.

00:30

Almaniya millisi də hesabı bərabərləşdirdi. 66-cı dəqiqədə Kay Haverts qol vurdu. Lakin bundan iki dəqiqə sonra alman əsilli Andras Şefer macarları yenidən hesabda önə çıxardı. Bu nəticə ilə Almaniya qrup sonuncusu kimi turnirlə vidalaşacaq.

00:22

Portuqaliya – Fransa oyununda üçüncü penalti təyin olundu. Kriştianu Ronaldu 60-cı dəqiqədə penaltidən dublunu rəsmiləşdirdi – 2:2.

00:16

Karim Benzema 47-ci dəqiqədə Pol Poqbanın məhsuldar ötürməsindən sonra Fransanı hesabda önə çıxardı. İndi Fransa millisi 2:1 qalib gəlir.

 

23:53

Fransa da penaltidən Portuqaliyaya qol vurdu. Karim Benzema 45+2-ci dəqiqədə hesabı bərabərləşdirdi. Bu, Benzemanın Fransa millisinə qayıdışından sonra ilk qoludur.

23:36

Kriştianu Ronaldu 31-ci dəqiqədə penaltidən fərqləndi. Bu, Ronaldunun dördüncü qoludur. O artıq vahid bombardirdir.

23:11

Macarıstan 11-ci dəqiqədə Almaniyaya qol vurdu. Adam Salai fərqləndi.

23:01

AVRO-2020-nin F qrupunun iki oyunu ilə qrup matçlarına yekun vurulur.

Oxu.Az xəbər verir ki, artıq Portuqaliya – Fransa və Almaniya – Macarıstan matçlarına start verildi. Bu matçlardan sonra Almaniya, Portuqaliya və Macarıstanın 1/8 mərhələyə çıxıb-çıxmayacağı bəlli olacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri