24 
İyn
2021
00:21
36
42
2195
Virtual karabakh

Dünya Kuboku: Şahmatçılarımızın ilk rəqibləri bilindi

24 İyn, 2021
00:21
2195

Dünya Kuboku: Şahmatçılarımızın ilk rəqibləri bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan şahmatçılarının Rusiyanın Soçi şəhərində keçiriləcək Dünya Kubokunda ilk rəqibləri müəyyənləşib.

“Report” xəbər verir ki, kişilərin yarışında favoritlərdən Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Nicat Abbasov mübarizəyə 1/64 final mərhələsindən başlayacaq. Vasif Durarbəyli isə 1/128 finalda finlandiyalı Dmitri Klyarovla üz-üzə gələcək.

Qadınlar şahmatçılar isə 1/64 finaldan başlayaraq mübarizə aparacaqlar. Bu mərhələdə Türkan Məmmədyarova Lisandro Teresa Ordas Valdes (Kuba), Gülnar Məmmədova Narva Mai (Estoniya), Ülviyyə Fətəliyeva Padmini Routla (Hindistan) qarşılaşacaq. Günay Məmmədzadə isə ilk görüşünü 1/32 finalda keçirəcək.

Şahmat üzrə Dünya Kuboku

Kişilər

1/128 final

Vasif Durarbəyli - Dmitri Klyarov (Finlandiya)

Qadınlar

1/64 final

Türkan Məmmədyarova - Lisandro Teresa Ordas Valdes (Kuba)

Gülnar Məmmədova - Narva Mai (Estoniya)

Ülviyyə Fətəliyeva - Padmini Rout (Hindistan)

Qeyd edək ki, iyulun 10-da start götürəcək Dünya Kuboku avqustun 8-dək davam edəcək. Yarışa 206 kişi, 103 qadın şahmatçı qatılacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri