26 
İyn
2021
12:12
455
15
5859
Virtual karabakh

UEFA-dan yeni qərar: Pivə şüşələri masadan yığışdırılacaq

26 İyn, 2021
12:12
5859

UEFA-dan yeni qərar: Pivə şüşələri masadan yığışdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020 Avropa Futbol Çempionatının (EURO 2020) təşkilatçıları sponsorluq müqavilələri çərçivəsində mətbuat konfranslarında masaya qoyulan alkoqolsuz “Heineken” pivə şüşələrinin müsəlman oyunçuların tələbi ilə yığışdırılacağını açıqlayıb.

Bu barədə “Haber Global” xəbər verib.

Qərara görə, oyunçular və məşqçilər dini səbəblərdən sponsorların alkoqollu içki şüşələrini mətbuat konfranslarına daxil etməməyi istəyə biləcəklər.

Bununla belə UEFA dini inanclarla şəxsi sağlamlıq arasında fərq olduğunu nəzərə alaraq, qazlı içkilərlə bağlı oxşar bir qərar verməyib.

Xatırladaq ki, Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu mətbuat konfransında masanın üzərindəki “Coca-Cola” şüşələrini adi su şüşəsilə əvəz edərək bunun daha faydalı olduğuna diqqət çəkmişdi. Ronaldudan sonra Fransa millisinin ulduzu Paul Poqbada da analoji addım atmışdı. O, Almaniya ilə oyundan sonra keçirilən mətbuat konfransı zamanı masanın üstündə olan pivə şüşəsini döşəmənin üstünə qoymuşdu.

Qeyd edək ki, Poqba müsəlmandır. Çox güman ki, bununla əlaqədar olaraq “Manchester United”in yarımmüdafiəçisi AVRO-2020-nin sponsorunu dəstəkləmək istəməmişdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri