28 
İyn
2021
15:51
232
16
3317
Virtual karabakh

Ronaldu Belçika məğlubiyyətini şərh etdi: “Əlimizdən gələni etdik” - FOTO

28 İyn, 2021
15:51
3317

Ronaldu Belçika məğlubiyyətini şərh etdi: “Əlimizdən gələni etdik” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Avropa çempionatının 1/8 finalında Belçika millisinə məğlubiyyəti (0:1) şərh edib.

36 yaşlı futbolçu fikirlərini öz “Instagram” səhifəsində dərc edib.

“İstədiyiniz nəticəni əldə edə bilmədik və turniri nəzərdə tutduğumuz vaxtdan tez tərk etdik. Ancaq turnirdəki yolumuzla fəxr edirik. Avropa titulunu qorumaq üçün əlimizdən gələni etdik. Bu komanda hələ də portuqaliyalılara sevinc bəxş edə biləcəyini sübut etdi. Azarkeşlər ilk dəqiqədən son dəqiqəyə qədər yorulmadan bizə dəstək oldular. Onların etibarlarını doğrultmaq üçün mübarizə apardıq. İstədiyimiz yerə qədər irəliləməyi bacarmadıq. Sizlərə ürəkdən minnətdarıq. Belçikanı təbrik edirəm, turnirdə mübarizə aparan digər komandalara uğurlar arzu edirəm. Daha güclü olacağıq. İrəli, Portuqaliya!”, - ulduz futbolçu özünün sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, Portuqaliyanı minimal hesabla məğlub edən Belçika millisi 1/4 finalda İtaliya ilə görüşəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri