29 
İyn
2021
11:56
27
145
4267
Virtual karabakh

Didye Deşam: “Mbappe məsuliyyət daşıdığını bilirdi”

29 İyn, 2021
11:56
4267

Didye Deşam: “Mbappe məsuliyyət daşıdığını bilirdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa millisinin baş məşqçisi Didye Deşam İsveçrə ilə qarşılaşmada Kinqsli Komanın aldığı zədə və Kilian Mbappenin qaçırdığı penalti zərbəsi barədə fikirlərini bölüşüb.

Bu barədə “MatchTV” məlumat yayıb.

Məşqçi qeyd edib ki, Komanın zədəsi turnirə hazırlıqla bağlı deyil. O, mövsümün sonunda hər zaman zədələrin çox olduğunu, həmçinin temperaturun və meydandakı sürüşmə fəndlərinin də nəzərə alınmalı olduğunu vurğulayıb.

Baş məşqçinin sözlərinə görə, oyundan sonra soyunub-geyinib otağında hər kəs birlik nümayiş etdirib:

“Heç kim bir-birinə “sən burada səhv etdin” demədi. Əgər sən penalti vuracaqsansa, təbii ki, məsuliyyət daşıyırsan. Kilian bunu bilirdi və yenə də vurmaq istəyirdi”, - deyə baş məşqçi qeyd edib.

Xatırladaq ki, AVRO-2020-nin 1/8 final mərhələsi çərçivəsində Fransa millisi penaltilər seriyasında İsveçrə millisinə məğlub olub. Əsas vaxtı 3:3 hesabı ilə bitən oyunda əlavə vaxtda qol vurulmayıb. İsveçrəlilər beş penalti zərbəsinin hər birini qola çevirib. Fransa isə ilk dörd zərbənin hər birində uğur qazanıb. Kilian Mbappenin zərbəsini isə rəqib qapıçı dəf edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri