İyl
2021
11:32
90
5
2210
Virtual karabakh

Millimizin futbolçusu Polşa klubu ilə Kipr çempionuna qarşı

1 İyl, 2021
11:32
2210

Millimizin futbolçusu Polşa klubu ilə Kipr çempionuna qarşı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin futbolçusu Anton Krivotsyuk Polşanın “Visva” (Pvotsk) klubu ilə yoxlama oyunlarında iştirak edəcək.

Oxu.Az xəbər verir ki, bunun üçün 28 futbolçu 10 günlük təlim-məşq toplanışı üçün Polşanın Varka şəhərinə aparılıb. Onlar arasında müdafiəçi Anton da var.

“Visva” iyulun 3-də Kipr çempionu “Omonia” ilə qarşılaşacaq. Daha sonra Krivotsyukun yeni komandası iyulun 7-də Polşanın “Vidzev” (Vuç) və iyulun 10-da “Skra” klubları ilə gücünü sınayacaq.

17 iyulda Yunanıstanın “Aris” komandası son yoxlama matçının rəqibi olacaq. Bundan sonra “neftçilər” iyulun 24-də Polşa çempionatının ilk turunda Mahir Emrelinin “Leqiya”sı ilə qarşılaşacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri