İyl
2021
01:43
469
63
15736
Virtual karabakh

AVRO-2020-nin ilk finalçısı İtaliya oldu - VİDEO + YENİLƏNİB

7 İyl, 2021
01:43
15736

AVRO-2020-nin ilk finalçısı İtaliya oldu - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya penaltilər hesabında 4:2 qalib gəldi. Maniel Lokatelli, Daniel Olmo və Alvaro Morata penaltiləri dəqiq yerinə yetirə bilmədilər. Bununla da turnirin ilk finalçısı İtaliya millisi oldu. Digər finalçı bu gün keçiriləcək İngiltərə – Danimarka matçından sonra bilinəcək.

01:31

Dünya və Avropa çempionlarının matçında qalib penaltilər seriasında müəyyənləşəcək. İspaniya AVRO-2020-də ardıcıl ikinci dəfə penaltilər seriyasına gedir.

01:15

İlk 15 dəqiqədən sonra qapılara qol vurulmadı. Hesab hələ də 1:1-dir.

00:52

90 dəqiqə ərzində qalibi müəyyənləşdirmək mümkün olmadı. İndi bunun üçün əlavə 30 dəqiqə oynanılacaq.

00:40

İspaniya hesabı bərabərləşdirdi. İkinci hissədə meydana daxil olmuş Alvaro Morata 80-ci dəqiqədə fərqləndi. Bu onun üçüncü qoludur. Hesab 1:1 oldu.

00:18

60-cı dəqiqədə Fernando Kyeza hesabı açdı. İndi İtaliya 1:0 qalib gəlməklə finala bir addım öndədir.

00:03

İkinci hissə başlandı. Matçda qolsuz heç-heçədir.

23:49

Matçın ilk hissəsində hesab açılmadı.

23:02

İtaliya – İspaniya matçı başlandı. İki dünya və Avropa çempionlarından hansının qalib gələcəyi maraq doğurur.

22:10

AVRO-2020-nin ilk yarımfinal görüşünün start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, gözəçarpan dəyişiklik İspaniya millisində hücumun sivri ucunda bu dəfə Alvaro Morataya yox, Mikel Oyarzabala üstünlük verilməsidir.

İtaliya (4-3-3): Donnarumma, Emerson, Kyellini (kapitan), Bonuççi, Di Lorentso, Verratti, Jorjinyo, Barella, İnsinye, Kyeza, İmmobile

İspaniya (4-3-3): Unai Simon, Xordi Alba, Laport, Erik Qarsiya, Aspilikueta, Pedri, Serxio Buskets (kapitan), Koke, Olmo, Feran Tores, Oyarzabal

10:12

Bu gün AVRO-2020-də turnirin yarımfinal mərhələsinə start veriləcək.

Oxu.Az xəbər verir ki, turnirin əsas favoritlərindən olan İtaliya İspaniya ilə qarşılaşır.

Komandalar indiyədək 37 dəfə qarşılaşıb. Hər komanda 11 dəfə qələbə qazanıb, 15 dəfə isə heç-heçə qeydə alınıb.

Komandalar indiyədək Avropa çempionatlarında altı dəfə qarşılaşıb. Bunlardan 2-də İtaliya, 1-də İspaniya qalib gəlib, 3 matçda heç-heçə olub. İspaniyanın əsas vaxt hesabında qalib gəldiyi yeganə qarşılaşma 2012-ci ildə baş verib. Onda İspaniya qrupdakı ilk oyununda 1:1 oynadığı rəqibinə Kiyevdəki finalda 4:0 qalib gəlib və bununla da turnirin həlledici görüşlərində ən böyük hesablı qələbəyə imza atıb.

Bu iki komanda sonuncu dəfə 2017-ci ildə dünya çempionatının seçmə mərhələsində qarşılaşıb. İspaniya Madriddə – “Santyaqo Bernabeu”da 3:0 qalib gəlib.

İtaliya millisində müdafiəçi Leonardo Spinatsola dabanında, İspaniya yığmasında yarımmüdafiəçi Pablo Sarabia bud nahiyəsindəki zədəyə görə oynaya bilməyəcək.

AVRO-2020

1/2 final

23:00 İtaliya – İspaniya

Baş hakim: Feliks Brıx (Almaniya)

London. “Uembli” stadionu

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri