İyl
2021
10:52
12
333
6256
Virtual karabakh

İngilis fanatlar Şmeyxelin üzünə lazer şüası saldılar - FOTO/VİDEO

8 İyl, 2021
10:52
6256

İngilis fanatlar Şmeyxelin üzünə lazer şüası saldılar - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Avropa çempionatının İngiltərə-Danimarka (2:1) oyunun 104-cü dəqiqəsində diqqət çəkən olay yaşanıb.

“Telegraph Football”un “Twitter” səhifəsində qeyd olunur ki, Hari Keyn penalti zərbəsini vurmağa hazırlaşarkən “Uembli”də oyunu izləyən İngiltərə azarkeşləri danimarkalı qapıçı Kasper Şmeyxelin gözünü qamaşdırmaq üçün onun üzünə lazer şüası salıblar.

Şmeyxel 11 metrlik zərbəni dəf etsə də, Hari Keyn təkrar zərbə ilə topu tora qovuşdura bilib.

Qeyd edək ki, AVRO-2020-nin final oyununda İtaliya ilə İngiltərə yığmaları üz-üzə gələcək. Final qarşılaşması iyulun 11-də “Uembli” stadionunda gerçəkləşəcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri