İyl
2021
15:20
23
222
7441
Virtual karabakh

Kiprdə uduzdurulan azərbaycanlı idmançı: “Samboda mafiya var, istədiyini edir” - MÜSAHİBƏ + FOTO

8 İyl, 2021
15:20
7441

Kiprdə uduzdurulan azərbaycanlı idmançı: “Samboda mafiya var, istədiyini edir” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı samboçu, dünya, Avropa çempionatları və II Avropa Oyunlarının mükafatçısı, Dünya Kubokunun qalibi Emil Həsənovun Oxu.Az saytına müsahibəsi.

– Mayın sonlarında Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatının finalında sizə hakim haqsızlığı oldu. Bundan sonra arenada Azərbaycan nümayəndə heyəti ilə hakimlər arasında sərt mübahisə düşdü. Bu barədə nə deyə bilərsiniz?

– Mənə dördüncü dəfədir ki, belə haqsızlıq edilir. İki dəfə dünya, iki dəfə də Avropa çempionatında qarşımı kəsiblər. 2019-cu ildə dünya çempionatının finalında qazaxıstanlı idmançı ilə görüşdə yeddi saniyə qalmış xəbərdarlıq verməklə məni uduzdurublar. Budəfəki rəqibim rusiyalı Məhəmməd Hacıyevi isə mən iki il əvvəl Rusiyadakı Dünya Kubokunun finalında 12:0 hesabı ilə məğlub etmişdim. O vaxt qaydalara görə, 12:0-dan sonra görüş dayandırılır, təmiz qələbə sayılırdı. Çoxları bilmir, onun şəxsi məşqçisi Aleksey Lebedev Hakimlər Kollegiyasının rəhbəri, turnirin baş hakimi idi. Tələbəsi uduzursa, o nə etməli idi ki?

– Axı, qərarı verən turnirin baş hakimi yox, döşək hakimi olur...

– Mən orda müsahibəmdə də demişəm. Samboda Rusiya mafiyası var, istədiyini edir. Döşək hakimi də rus idi. Nə olsun ki, İsraili təmsil edirdi? Onun həyat yoldaşı da hakimdir, yəhudi olduğu üçün əri də İsraildə yaşayır.

– Döşək hakiminin iddiası odur ki, siz ağrıdıcı fəndə düşmüsüz deyə rusiyalı idmançıya qələbə verilib...

– Bir adam ağrıdıcı fəndə düşəndə əli sınmasın deyə təslim olduğunu göstərmək üçün əlini döşəyə vurur. Bunlar iddia edir ki, guya mən fəndə düşəndə səs çıxarmışam, amma belə şey olmayıb. Mən orda da Avropa Sambo Federasiyasının prezidentinə dedim ki, siz məni yaxşı tanıyırsınız. Dünənin uşağı deyiləm ki, qışqırım. Arxa hakimlər də bunu eşitməyib. Rəqibim özü də etiraf etdi ki, mən qışqırmamışam, sadəcə dizimin bağları qırıla bilərdi. Dedim ki, kamerada göstərin ki, qışqırmışam. Daha sonra göstəriləndə bizim federasiyanın prezidenti Ceyhun Məmmədov onlara sübut edib ki, burada səs yoxdur. Onlar bu səhvi görüblər, sadəcə, qəbul edə bilmirlər. Bizə təklif olundu ki, ikimizə də qızıl medal verilsin. Ancaq himn Rusiyanınkı səslənsin. Dünənki uşağam ki, buna razı olum?! Sonra onlar yazıblar ki, bizim komandanı bu etiraza görə yarışdan kənarlaşdırıblar. Əslində isə bizim uşaqlar həmrəylik nümayiş etdirib, güləşmək istəmədiklərini bildiriblər. Ondan əvvəl yeniyetmə və gənclərin yarışında bizim idmançıya erməni ilə görüşdə də imkan vermədilər ki, qalib gəlsin. Onlar həmişə komanda hesabında birinci olmaq istəyirlər. Bir gürcü idmançını da finalda belə uduzdurdular.

– Sizin barənizdə diskvalifikasiya müddəti nə qədər ola bilər?

– Bu ayın sonunda bu barədə qərar veriləcək. Altı ay və ya bir illik cəzalandırıla bilərəm. Mən 2019-cu ilədək öz çəkimdə - 71 kq-da reytinqdə birinci yerdə gedirdim. Pandemiya düşəndə yarışa gedə bilmədik deyə, reytinqdə gerilədim. Amma neçə ildir ki, mən bu çəkidəyəm. Onlara məni uduzdurmaq lazım idi.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri