20 
İyl
2021
02:57
17
68
3275
Virtual karabakh

Olimpiadada daha bir qalmaqal

20 İyl, 2021
02:57
3275

Olimpiadada daha bir qalmaqal

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tokioda keçiriləcək Olimpiyadanın mahnısının bəstəkarı olan Keyqo Oyamada istefa verib.

Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

52 yaşlı musiqiçini bu qərara sövq edən onun ətrafında yaranmış qalmaqal olub.

Belə ki, musiqiçinin 1994-cü ildə “Rockin On Japan” jurnalına verdiyi müsahibə üzə çıxıb. Burada bəstəkar məktəb illərində fiziki məhdudiyyətləri olan insanları ələ saldığını etiraf edib.

Müsahibənin yenidən gündəmə gəlməsindən sonra Oyamada ictimai qınaq mənbəyinə çevrilib və təzyiqlərə dözməyərək, istefa qərarını açıqlayıb.

Həmçinin, musiqiçi keçmişdə törətdiyi əməllərə görə üzr istəyərək, peşmançılığını ifadə edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri