22 
İyl
2021
01:02
18
96
2655
Virtual karabakh

Sənan Qurbanov: “Başa düşürük ki, “Soçi” çox ciddi komandadır”

22 İyl, 2021
01:02
2655

Sənan Qurbanov: “Başa düşürük ki, “Soçi” çox ciddi komandadır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keşlə FK-nın baş məşqçisi Sənan Qurbanov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiya Federasiyasının “Soçi” komandasına qarşı keçiriləcək oyunla bağlı suallara cavab verib. 

Baş məşqçimizin mətbuat konfransında dedikləri fikirlərlə sizi tanış edirik.

Maxim Kulikov, Sportbox: Rəqibinizi necə xarakterizə edərdiniz: komandanın güclü və zəif tərəfləri nədir? Soçidəki heç-heçə Keşlə üçün uğurlu nəticə ola bilərmi?

- Bu yaxınlarda Moskvada keçirilən turnirdə Soçinin oyunlarını izlədik. Bu komanda həm müdafiədə, həm də hücumda yaxşı oynayır. İndi üç müdafiəçi ilə oynayırlar. “Rubin”lə son matçda “Spartak”la keçirdikləri ilk görüşlə müqayisədə tamamilə fərqli görünürdülər. Aqressivlik hiss olunurdu, komanda yaxşı oynadı. Rəqib haqqında məlumatımız var. Sabah öz futbolumuzu oynayacağıq. “Soçi”nin çox ciddi bir komanda olduğunu başa düşürük. Heç-heçə, qələbə və ya məğlubiyyətin olacağını zaman göstərəcək.

Yevgeni Moskvin, Novobol, Novorossiysk: Siz uzun müddət Rusiya klubu ilə qarşılaşan və “Krasnodar” ilə iki oyunun cəminə görə 1:5 hesabı ilə məğlub olan “Qəbələ” də çalışmısınız. Həmin görüşlər nə ilə yadda qaldı? “Soçi” ilə ilk oyunda sizin üçün hansı nəticə qənaətbəxş olacaq?

- “Krasnodar”la keçirilən matçları xatırlayıram. O zaman mən “Qəbələ”də Roman Qriqorçukun köməkçisi işləyərkən onlarla qarşılaşdıq. Səfərdə, xatırlayıram, 1: 2 hesablı məğlubiyyətə baxmayaraq yaxşı oynamışdıq. Əlbəttə, fərqli bir nəticə əldə edə bilərdik. Evdə isə böyük hesabla məğlub olmuşduq. Həmin qarşılaşmaların üstündən uzun müddət keçib. Müəyyən təcrübəmiz var.

Yevgeni Moskvin, Novobol, Novorossiysk: Komandanızın qol buraxmadan səfərdə oynaması çox nadir haldır. Azərbaycan Kubokunun finalında belə müdafiə səhvlərə yol verdi. Siz hücum futbolunun tərəfdarısınız, yoxsa rəqib komandada ustalıq çatışmazlığı var? Müdafiə xəttini gücləndirə bildinizmi?

- “Oyunun iki mərhələsi var - hücum və müdafiə və əlbəttə ki, hər ikisində də ideal oynamaq istəyirik. Hətta səfərdə də, həm hücumda, həm də müdafiədə oynamaq istəyirik. Ancaq, əlbəttə ki, müdafiə olunuruqsa, bunu bütün komanda ilə etməliyik, hücumda olsaq, hamı hücum etməlidir. Futbolçularımza demişik ki, Konfrans Liqasında maksimum konsentrasiya ilə oynamalısınız.

Konstantin Perminov, Kuban24: Yəqin ki, rəqibinizi yaxından öyrənmisiniz. Ev sahibi komanda haqqında nə deyə bilərsiniz? Hansı üstünlükləri vurğulayardınız? Komandanızın zəngin Avropa təcrübəsi üstünlük olacaqmı?

- “Keşlə” hər il avrokuboklarda çıxış edir və bu da bir təcrübədir. Sabah bizim heyətdə ilk dəfə avrokubok matçında oynayacaq futbolçular ola bilər. 

Roman Şluinski, TASS: “Soçi” ilə oyuna hazırlaşarkən nələrə xüsusi diqqət yetirdiniz? Bu komandaya qarşı xüsusi bir plan olacaqmı?

- Əlbətdə ki, “Soçi”yə qarşı müəyyən plan var və buna da müvafiq olaraq hazırlaşdıq. Sabah necə oynayacağımızı indi deməyəcəm. Sabah çox yaxşı bir komandaya qarşı oynamalıyıq. 

Sergey Astaxov, RİA Novosti: Bir çox mütəxəssis və azarkeş komandanızı favorit hesab etmir. Bu fikirlə razısınız? Səfər qolu qaydasının ləğvinə münasibətiniz necədir? 

- İki komandanı müqayisə edərkən kiminsə favorit hesab edilməsi olduqca normaldır. Komandamıza inanırıq. Sabah “Soçi”yə qarşı ən yaxşı oyunumuzu göstərməliyik. Heyətdə yaxşı futbol sərgiləyə biləcək futbolçular var. Futbolda hər şey ola bilər. Favorit hesab olunmamağımız normaldır. Hamını təəccübləndirəcək futbol nümayiş etdirməliyik. Bundan başqa, keçən mövsüm səfərdə vurulan qol Kubokda bizə kömək etdi. Düşünürəm ki, oyundakı sürət düşə bilər, amma intriqalar qalacaq. Səfər qolunun ləğv olunmasının müsbət və mənfi cəhətləri var.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri