22 
İyl
2021
17:52
131
50
4118
Virtual karabakh

Kuba əsilli boksçumuz Olimpiadada azərbaycanlı idmançı ilə döyüşəcək

22 İyl, 2021
17:52
4118

Kuba əsilli boksçumuz Olimpiadada azərbaycanlı idmançı ilə döyüşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışlarının püşkatma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, texniki iclasdan sonra baş tutan tədbirdə Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.

Maraqlıdır ki, millimizin Kuba əsilli üzvü Lorenso Sotomayor ilk görüşünü Gürcüstan millisinin azərbaycanlı üzvü Əsgərxan Madiyevə qarşı keçirəcək.

1/16 final
24 iyul
-57 kq

Tayfur Əliyev – Duonq van Nquyen (Vyetnam)

-69 kq
Lorenso Sotomayor Kolyaso – Əsgərxan Madiyev (Gürcüstan)

+91 kq
Məhəmməd Abdullayev – Denis Lətifov (Bəhreyn)

25 iyul
-63 kq
Cavid Çələbiyev – Yaroslav Xartsız (Ukrayna)

28 iyul
1/8 final
-81 kq

Loren Berto Alfonso Dominqes – Emet Brenan (İrlandiya)/Dilşad Ruzmetov (Özbəkistan)

Qeyd edək ki, Tokio Oyunlarında boks yarışları iyulun 24-də start götürəcək və avqustun 8-də bitəcək. Döyüşlər “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri