22 
İyl
2021
23:09
20
167
3252
Virtual karabakh

“Keşlə” səfərdə “Soçi” klubuna məğlub oldu - VİDEO

22 İyl, 2021
23:09
3252

“Keşlə” səfərdə “Soçi” klubuna məğlub oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Kubokunun sonuncu qalibi olan “Keşlə” komandası iyulun 22-də UEFA Konfrans Liqasında birinci oyununu keçirib.

Paytaxt təmsilçisi ikinci təsnifat mərhələsinin birinci oyununda Rusiyada “Soçi” klubu ilə qarşılaşıb. “Fişt” stadionunda oynanılan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Soçi təmsilçisinin heyətində Rodriqo (10), Kristian Noboa (67, p) və Maksim Barsov (81) fərqləniblər.

Komandalar arasında cavab görüşü iyulun 29-da Bakıda keçiriləcək.

Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi “Qarabağ” isə Bakıda İsrailin “Aşdod” klubu ilə qolsuz heç-heçə edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri