23 
İyl
2021
10:08
202
16
7135
Virtual karabakh

Londonun göbəyində Azərbaycan izi - FOTO

23 İyl, 2021
10:08
7135

Londonun göbəyində Azərbaycan izi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Arsenal” klubunun məşhur “Emireyts” stadionunda hələ də Azərbaycana aid banner qalmaqdadır.

Oxu.Az-ın xəbərinə görə, dünən “Arsenal” öz oyunçusu Emil Smit Rou ilə uzun müddətli müqavilə bağlayıb.

20 yaşlı futbolçu əvvəllər Məsut Özilin geyindiyi, yeni 10 nömrəli forma ilə “Emireyts” stadionunda fotosessiya etdirib. Həmin vaxt arxa fonda Azərbaycan sektorunun da olduğu görünür.

Qeyd edək ki, “Arsenal”ın Azərbaycandan azarkeş fanklubu oyunlar zamanı məhz həmin sektorda yer alır. 2017-ci ilin iyunun 1-dən həmin fanklub futbol klubu tərəfindən Qafqazda yeganə rəsmi azarkeş qurumu kimi tanınıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri