23 
İyl
2021
13:32
123
12
2856
Virtual karabakh

Azərbaycan bayrağı Tokio paradından neçənci keçəcək? - FOTO

23 İyl, 2021
13:32
2856

Azərbaycan bayrağı Tokio paradından neçənci keçəcək? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paraddan beşinci olaraq keçəcək.

Oxu.Az-ın xəbərinə görə, bu gün keçiriləcək açılış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Azərbaycan idmançıları Olimpiadanın vətəni Yunanıstan, Qaçqın Olimpiya Komandası, İslandiya və İrlandiyadan (son iki dövlət yapon heroqliflərinə əsasən Azərbaycandan əvvəl gəlir – S.M.) sonra beşinci olaraq paraddan keçəcək.

Tədbirdə 27 nəfərlik heyət iştirak edəcək. Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alacaq.

Xatırladaq ki, açılış mərasimində Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.

Qeyd edək ki, dopinq qalmaqalına görə cəzalandırılmış və Rusiya Olimpiya Komitəsi adı ilə çıxış edəcək Rusiya idmançıları 77-ci sırada mərasimə çıxacaq. Paradda ən sonuncu – 206-cı ev sahibi Yaponiya keçəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri