24 
İyl
2021
08:20
139
18
4930
Virtual karabakh

“Mançester” tarixində ən bahalı dördüncü oyunçunu aldı

İngiltərə Premyer Liqa komandalarından olan “Mançester Yunayted” ulduz futbolçu Ceydon Sançonu heyətinə qatıb.

Klubdan bildirilib ki, Almaniyanın “Borusiya” (Dortmund) komandasında forma geyinən 21 yaşlı ingilis futbolçu ilə beş illik müqavilə imzalanıb.

İngiltərə mətbuatı transfer üçün Mançester klubunun seyfindən 73 milyon funt-sterlinq xərcləndiyini yazır.

Sanço klub tarixində ən bahalı dördüncü transfer olaraq tarixə düşüb. “Mançester Yunayted” bundan əvvəl Pol Poqbanı 94, Romelu Lukakunu 76 və Hari Maquayrı 75 milyon funt sterlinqə alıb.

Qeyd edək ki, Ceydon Sanço “Borusiya”da 137 matçda 50 qol vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri