23 
İyl
2021
19:25
222
89
7557
Virtual karabakh

Azərbaycanın məşhur idmançısı vitse-prezident təyin olundu - FOTO/VİDEO

23 İyl, 2021
19:25
7557

Azərbaycanın məşhur idmançısı vitse-prezident təyin olundu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinat reallaşıb.

Oxu.Az xəbər verir ki, dünya və Avropa çempionu Ramal Aslanov Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub.

Təyinat AKF-nın fəxri prezidenti, İdarə Heyətinin Sədri, Milli Məclis Sədrinin müavini Adil Əliyev və AKF-nın prezidenti Orxan Əliyev tərəfindən rəsmiləşdirilib.

Qeyd edək ki, peşəkar kikboksinqdə “Lord” ləqəbi ilə tanınan Ramal Aslanov Əməkdar idman ustası, Azərbaycan Prezidenti mükafatçısıdır. O, 11 dəfə Azərbaycan çempionu, 2019-cu ildə WAKO dünya çempionu, FF (Faith Fight) Qran Pri dünya kəmərinin sahibidir (2016-2018).

Ramal Aslanov hazırda həmçinin milli komandanın kapitanı və AKF İdarə Heyətinin sədr müavinidir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri