24 
İyl
2021
13:34
228
38
8231
Virtual karabakh

Olimpiadada başqa ölkələri təmsil edən ukraynalılar: Siyahıya Azərbaycan başçılıq edir - FOTO

24 İyl, 2021
13:34
8231

Olimpiadada başqa ölkələri təmsil edən ukraynalılar: Siyahıya Azərbaycan başçılıq edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Tokio Olimpiadasında 157 idmançı ilə təmsil olunur. Bu, Ukraynanın Olimpiya tarixində ən az çıxış etdiyi heyət sayılır.

Ancaq Ukraynada məşq edən, lakin müxtəlif səbəblər üzündən vətəndaşlığını dəyişən və beynəlxalq arenalarda başqa ölkələri təmsil edən yerli idmançılar da az deyil. 2016-cı ildə Rio Olimpiadasında belə ukraynalıların sayı 30-dan çox olub. İndi onların sayı 17 nəfərdir. Onlar arasında Azərbaycanı təmsil edən 7 ukraynalı da var (“legionerlər”imiz məhz ən çox Ukraynanı təmsil edir – S.M.). 4 ukraynalı Rusiyanı, 2-si İsraili, hərəyə 1 idmançı Türkiyə, Qazaxıstan və Moldovanı təmsil edir.

Oxu.Az xəbər verir ki, Ukrayna mətbuatı həmin idmançılar haqda məlumat hazırlayıb:

Aleksandr Bondar (suya tullanma) – 2014-cü ilədək Ukrayna adından çıxış edib. Daha sonra karyerasını bitirib, məşqçilik etsə də, sonradan yaşadığı Rusiya adından çıxış etməyə başlayıb. Hazırda Rusiya millisinin liderlərindən biridir.

Mariya Stadnik (güləş) – 2007-ci ildən Olimpiya çempionu İrina Merleniyə rəqabətdə uduzması fonunda vətəndaşlığını Azərbaycana dəyişib. Bundan sonra üç dəfə Azərbaycan adından Olimpiadada medal qazanıb, iki dəfə dünya çempionu olub.

İrina Kindzerskaya (cüdo) – 2016-cı ilədək Ukraynanı təmsil edib. 2012-ci il London Olimpiadasında beşinci olan İrina 2016-cı ildə Rio Olimpiya Oyunlarına Svetlana Yaryomkanın aparılmasından sonra, vətəndaşlığını Azərbaycanın xeyrinə dəyişib. Hazırda İrina ən ağır çəkidə dünya reytinqində üçüncüdür.

Qleb Bakşi (boks) – Simferopolda doğulan və yaşayan Qleb siyasi səbəblərdən vətəndaşlığını dəyişib. Belə ki, Krım Rusiya tərəfindən işğal olunduqdan sonra o da 75 kq-da bu ölkəni təmsil etməyə başlayıb. Hazırda Rusiyanın Olimpiadada medal ümididir.

İrina Zaretskaya (karate) – Ukrayna adından yeniyetmələr arasında dünya və gənclər arasında ikiqat Avropa çempionu olmuş İrina 2015-ci ildə Azərbaycandan təklif aldı. O daha sərfəli təklifi qəbul etdi. Azərbaycan adından çıxış etdikdən sonra böyüklər arasında dünya və ikiqat Avropa çempionu olub.

Viktoriya Zeynəp Günəş (üzgüçülük) – Əsl soyadı Solntseva olan Viktoriya Krımın işğalından sonra Rusiyanı özünə düşmən saydığından, orada qalmaq istəmədi. Həmçinin Misir və İsveçin təkliflərindən də imtina etdi. 2014-cü ildən Türkiyə vətəndaşlığını qəbul etdi. 2015-ci ildə yeniyetmələr arasında dörd qızıl medal qazandı.

Sergey Tarnovski (avarçəkmə) – 2013-cü ilədək Ukraynanı təmsil edən idmançı 15 yaşında qardaşı Oleqin təsiri ilə Moldovaya köçərək vətəndaşlığını dəyişdi. Bir il sonra Yeniyetmələrin Olimpiya çempionu oldu. Rio Olimpiadasında kanoeçi bürünc medal qazansa da, dopinqə görə sonradan mükafatı əlindən alındı.

Anna Minenko (atletika) – London Olimpiadasında üç təkanla tullanmada dördüncü olan və Knyazeva soyadı ilə çıxış edən Anna sonradan İsrailin onnövçülük üzrə keçmiş çempionu Anatoli Minenko ilə evləndi. Daha sonra İsrailə köçərək bu ölkənin vətəndaşlığını qəbul etdi. Rio Olimpiadasında İsrail adından çıxış etməyə başladı.

Bundan başqa, triatlonçu Roman Pevtsov, atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maks Şemberev və bədii gimnast Yelizaveta Luzan Azərbaycanı təmsil edir. Voleybolçu Natalya Qonçarova və məşhur futbolçu İlya Bliznyukun qızı bədii gimnast Anastasiya Bliznyuk Rusiya adından mübarizə aparacaq. Beşnövçülükdə Yelena Potapenko Qazaxıstanı, üzgüçü Tamila Qolub Portuqaliyanı və güllə atıcılığında Sergey Rixter İsrail adından çıxış edəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri